DÇ-2026-nın seçmə mərhələsində Ukrayna və Azərbaycanla üz-üzə gələcək Fransa millisinə yeni futbolçu cəlb edilib.


Rekord.az xəbər verir ki, bu barədə yerli federasiya məlumat yayıb.


İtaliyanın "Yuventus" klubundan Kefren Türam yığmaya qoşulub. İspaniya təmsilçisi "Real"da çıxış edən Eduardo Kamavinqa isə zədələnib.


Fransa seçməsi bu gün Bakı vaxtı ilə saat 22:45-də Ukrayna ilə qarşılaşacaq. Azərbaycan - Fransa görüşü isə noyabrın 16-da olacaq.