“Azərbaycanla oyunda yaxşı nəticə qazanmağa məcburuq”
- 18:40
- 35
Futbol üzrə İslandiya millisi Azərbaycan yığması ilə oyunda yaxşı nəticə qazanmağa məcburdur.
Rekord.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Arnar Qunnlauqsson mətbuat konfransında deyib.
Mütəxəssis Azərbaycan yığmasına qarşı keçirəcəkləri DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Komandamız üçün vacib görüşdür. Pley-off şanslarını saxlamaq üçün bu matçda nəticə qazanmağa məcburuq. İnanırıq ki, hər şey bizim üçün yaxşı olacaq".
O, rəqibin eyni taktika ilə oynadığını söyləyib: "Amma onlar artıq daha çox istəkli mübarizə aparır. İlk matçda 5:0 hesabı ilə qələbə qazanmışdıq. Buna baxmayaraq həmin qarşılaşmada Azərbaycan millisi pis deyildi".
Arnar Qunnlauqsson sabahkı oyunda favorit hesab olunduqlarını sözlərinə əlavə edib:
"Amma futbol elə bir matçdır ki, bəzən favorit hesab olunmayan komanda qələbə qazana bilir. Fransa ilə keçirdiyimiz görüşdə rəqibin şansları daha üstün hesab edilirdi. Lakin biz həmin qarşılaşmada qələbə qazana bilərdik. Futbolda hər şey mümkündür".
Azərbaycan - İslandiya matçı sabah, 8-ci km qəsəbə stadionunda saat 21:00-da start götürəcək.