Azərbaycanın iki güləşçisi üçün DÇ-də bürünc medal şansı
- 00:43
- 41
Serbiyanın Novi Sad şəhərində keçirilən U23 dünya çempionatı sona yaxınlaşır.
Rekord.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə 61, 65, 86 və 97 kq-da mübarizəyə start verilib.
Ceyhun Allahverdiyev (61 kq) hindistanlı Şubham Şubhama tam üstünlüklə (16:5) qalib gəlsə də, 1/4 finalda türkiyəli Tolqa Özbəyə məğlub olub – 4:6.
Ayxan Abdullazadə (65 kq) belaruslu Anatoli Xramikaya (9:2) və türkiyəli Abdullah Topraka (7:6) qalib gəldikdən sonra 1/4 finalda özbəkistanlı Ümidcan Cəlalova uduzub – 1:6.
Ali Tsokayev (86 kq) qırğızıstanlı Muxammad Abdullayevlə (10:0) yaponiyalı Fumiya İqaraşini (8:0) mübarizədən kənarlaşdırıb. Təmsilçimiz 1/4 finalda rusiyalı Arsen Balayana 1:7 hesabıyla məğlub olub.
Zəfər Əliyev (97 kq) ermənistanlı Sergey Sarqsyana 6:5 hesabıyla qalib gəlsə də, 1/8 finalda rusiyalı Soslan Caqayevə “tuş”la uduzub.
Ayxan və Ali sabah təsəlliverici görüşə çıxacaq.