«Bəli, mən yaxınlarda AFFA-da olmuşam və Elxan Məmmədovla görüşmüşəm».

Rekord.az xəbər verir ki, su sözləri sportinfo.az-a açıqlamasnda «Neftçi» və «Keşlə»nin sabiq idman direktoru Ceyhun Sultanov deyib.

Mayda sonuncu iş yerindən ayrılan funksioner icraçı vitse-prezidentin dəvəti ilə federasiyaya yollandığını bildirib:

«Elxan müəllimlə səmimi bir söhbətimiz oldu. Müxtəlif məsələlər barədə danışdıq. Mənim üçün əsas o idi ki, bəzi qaranlıq məqamlara aydınlıq gətirim.

Çünki arada müəyyən anlaşıılmazlııq var idi, bilirdim ki, kimlərsə haqqımda yanlış məlumatlar verib, ara vurmaq istəyib. Bunların hamısına aydınlıq gətirdik.

Orada da dedim ki, mən AFFA-dan iş istəyən deyiləm və heç kimdən belə bir xahiş etməyəcəm. Futbol adamıyam, uzun illər bu sahənin içindəyəm və əgər lazımamsa, mənə təklif göndərənlər olacaq.

AFFA Məşğulluq İdarəsi deyil ki, hər işsiz futbol adamını işlə təmin etsin. Bu, AFFA-nın borcu deyil. Ötən müddətdə klublardan real təklif almamışam.

Hələ də gözləyirəm. Bir ara menecerlik fəalyyətinə başlamaq istəyirdim, indi onu da dayandırmışam. Ümidim var ki, hardansa bir təklif gələcək və funksioner kimt qaldığım yerdən işimə davam edəcəm.

Elxan müəllimlə görüşdən razı qaldım, çünki bir-birimizi başa düşdük. Onun konkret fikirləri var və bu, mənə maraqlı gəldi. Bir müddət keçsin, görək, nə olur, nə olmur.

Azərbaycanda işlərim alınmasa, xaricə gedəcəm. ABŞ-da fəaliyyət göstərən futbol çevrəsi ilə yaxın münasibətlərim var. Konkret Dallas ştatının futbol funksionerləri ilə əlaqələrim çox güclüdür».