Azərbaycanda ilk dəfə çimərlik güləşi dünya çempionatı keçiriləcək
- 20:30
- 35
Avqustun 27-29-da Azərbaycanda ilk dəfə çimərlik güləşi üzrə U-17 dünya çempionatı və Dünya Seriyasının IV mərhələsi keçiriləcək.
Rekord.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, hər iki yarış "Sea Breeze" istirahət mərkəzində təşkil ediləcək.
Avqustun 27-də baş tutacaq U-17 dünya çempionatında 34 ölkədən 150-yə yaxın yeniyetmə güləşçi medallar uğrunda mübarizə aparacaq. Oğlanlar arasında 60, 70, 80 və 90 kq-da, qızlarda isə 45, 55, 65 və 75 kq-da qaliblər müəyyənləşəcək.
Avqustun 28-29-da isə böyüklər arasında çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsi keçiriləcək. Yarışda 60-dan çox idmançı qüvvəsini sınayacaq. Kişilər 70, 80, 90 və +90 kq-da, qadınlar isə 50, 60, 70 və +70-da çıxış edəcəklər.
Qeyd edək ki, ümumilikdə 34 ölkədən 200-dən artıq idmançı Xəzər dənizinin sahilində uğur qazanmağa çalışacaq.