Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində mübarizəyə start verib.


Rekord.az xəbər verir ki, 13-cü qrupda yer alan komanda Çexiya yığması ilə üz-üzə gəlib.


Maltanın Ta Qali şəhərindəki "Sentenari" stadionunda keçirilən matç rəqibin 6:1 hesablı qələbəsi ilə bitib.


Yığmanın yeganə qolunu 70-ci dəqiqədə Şahismayıl Cəfərov vurub.


U-19 noyabrın 15-də Şimali İrlandiya, üç gün sonra Malta ilə münasibətlərə aydınlıq gətirəcək. Hər iki görüş Maltanın Ta Qali şəhərində keçiriləcək.