Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığması Avropa çempionatının seçmə mərhələsində ikinci matçını keçirib.


Rekord.az xəbər verir ki, 13-cü qrupda yer alan milli Şimali İrlandiya ilə üz-üzə gəlib.


Görüş rəqibin qələbəsi ilə yekunlaşıb - 1:0.


Elxan Abdullayevin baş məşqçisi olduğu kollektiv seçmə mərhələdə keçirdiyi ilk matçda Çexiya yığmasına böyük hesabla məğlub olmuşdu - 1:6.