Azərbaycan millisi İsveçrəni məğlub etdi
- 01:00
- 16
Azərbaycanın oğlanlardan ibarət U-20 basketbol millisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatının B divizionunda 9-16-cı yerlər uğrunda oyunlarda ilk görüşünü keçirib.
Rekord.az xəbər verir ki, millimiz İsveçrə seçməsi ilə oyunda hesabda geri olsa da, geridönüş edərək yekunda 72:66 hesablı qələbə qazanıb.
Görüşün ən məhsuldar oyunçusu 25 xal, 6 assist, 5 ribaund ilə millimizin üzvü Derin Berkoz seçilib.
Azərbaycan yığmasının növbəti oyunu 18 iyulda baş tutacaq. Rəqib Danimarka - Bosniya və Herseqovina cütünün qalibi olacaq.