Futzal üzrə Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən 6-cı İslam Həmrəyliyi Oyunlarındakı ikinci matçında məğlub olub.


Rekord.az xəbər verir ki, yığmamız A qrupunun növbəti qarşılaşmasında Özbəkistan ilə üz-üzə gəlib.


Görüş yığmamızın 2:13 hesablı məğlubiyyəti ilə bitib.


Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda ilk görüşdə Liviya millisini 5:4 hesabı ilə məğlub edib.


Növbəti qarşılaşma Səudiyyə Ərəbistanı yığmasına qarşı olacaq.