Azərbaycan - İslandiya oyununun hakimləri müəyyənləşdi
- 11 Noy 2025 16:00
- 159
Azərbaycan milli komandasının noyabrın 13-də İslandiya yığması ilə Bakıda keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununun hakim təyinatları açıqlanıb.
Rekord.az xəbər verir ki, 8-ci km qəsəbə stadionunda təşkil olunacaq görüşün baş hakimi monteneqrolu olacaq.
Əsas referi Nikola Dabanoviçə Vladan Todoroviç və Srcan Yovanoviç kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Miloş Boşkoviç yerinə yetirəcək.
Serbiyalı Momçilo Markoviçlə Aleksandar Jivkoviç isə VAR-da təmsil olunacaqlar.