Azərbaycan güləşçilərindən beynəlxalq turnirdə 4 medal
- 01 Avq 2026 18:00
- 232
Azərbaycanın 4 güləşçisi Türkiyənin Kocaeli şəhərində təşkil olunan Hasan Gemici və Qazanfer Bilgenin xatirə turnirində medal qazanıb.
Rekord.az xəbər verir ki, sərbəst güləşdə Xetaq Karsanov (125 kq) gümüş, Ramik Heybətov (70 kq) bürünc medal qazanıb.
Yunan-Roma güləşində isə 130 kq-da yer alan milli üzvləri ilk "3-lük"də qərarlaşıblar. Sərxan Məmmədov gümüş, Beka Kandelaki bürünc medalı boynundan asıb.
Qeyd edək ki, yarışa sabah yekun vurulacaq.