Azərbaycan güləşçiləri DÇ-ni 7 medalla başa vurdular
- 20:30
- 32
Azərbaycan sərbəst güləşçisi İbrahim Həsənov Bakıda təşkil olunan U-17 dünya çempionatında gümüş medal qazanıb.
Rekord.az xəbər verir ki, 51 kq çəki dərəcəsində yarışan idmançı finalda iranlı Benyamin Mayvana uduzaraq (1:5) fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Bununla da Azərbaycan millisi mundialı ümumilikdə yeddi medalla başa vurub.
Daha əvvəl yunan-Roma güləşçilərimizdən Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş medala sahib olublar.
Ömər Salmanov (48 kq), Elmir Çərkazov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medalla kifayətləniblər.