“Ayaks”la matçda azarkeşləri sevindirmək istəyirik” – Mateus Silva
- 18:40
- 24
"Qarabağ" "Ayaks"la oyunda azarkeşləri sevindirmək istəyir.
Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan təmsilçisinin futbolçusu Mateus Silva mətbuat konfransında deyib.
O, Bakıda Niderlandın "Ayaks" komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Bizi ciddi oyun gözləyir. Hazırlaşmaq üçün çox vaxtımız olmayıb. Oyun fəlsəfəmiz və məşqçinin bizdən istəyi bəllidir. Doğma meydanda azarkeşləri sevindirmək istəyirik".
Braziliyalı müdafiəçi öz oyunu haqqında danışıb:
"Düşünürəm ki, belə turnirdə uğurlu nəticə əldə etmək üçün bütün komanda yoldaşlarım səy göstərir. Sabah mən də onlarla birlikdə əlimizdən gələni edəcəyik. Həyəcanlı deyilik. Bütün matçlara necə hazırlaşırıqsa, indi də elə etmişik".
M.Silva ötən mövsüm bu rəqibə uduzduqları görüşü xatırlayıb:
"Böyük hesabla məğlub olmuşduq. Bu dəfə vəziyyəti öz xeyrimizə dəyişməyə çalışacağıq".
Qeyd edək ki, "Qarabağ" - "Ayaks" matçı dekabrın 10-da, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.