Şəmkir Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə Avropa çempionatının bürünc mükafatçısı Hakim Tağıyevin rayon ziyalıları və idmançının ailə üzvlərinin iştirakı ilə təntənəli şəkildə qarşılanma mərasimi keçirilib.

Rekord.az xəbər verir ki, 09-15 iyun 2025-ci il tarixlərdə Şimali Makedoniyanın paytaxtı Skopye şəhərlərində keçirilmiş U-17 Avropa çempionatında sərbəst güləş üzrə Şəmkir Uşaq Gənclər İdman Məktəbinin baş məşqçi-müəllimi Rakif Məmmədovun yetirməsi Hakim Tağıyev 110 kq çəki dərəcəsində bürünc medal qazanıbdır.