Avropa Liqasının qrup mərhələsinin 1-ci turunun oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı bəlli olub.

Rekord.az xəbər verir ki, “Qarabağ" və Norveç "Molde"si arasında Bakıda gerçəkləşən qarşılaşmanı tribunalarda 26 500 tərəfdar izləyib.

Bu görüş siyahının 8-ci pilləsində yer alıb.

Oyun Azərbaycan çempionunun 1:0 hesablı qələbəsi ilə bitib.