2024-cü ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasiminin vaxtı məlum olub. 

Rekord.az UEFA-nın saytına istinadən xəbər verir ki, tədbir oktyabrın 9-u Almaniyanın Frankfurt şəhərində keçiriləcək. Püşkatmanın nəticələrindən asılı olaraq 54 milli komanda səbətlərə bölünəcək. 

Qeyd edək ki, Avro-2024-ə Almaniya ev sahibliyi edəcək. Turnirin final matçları Hamburq, Leyptsiq, Düsseldorf, Dortmund, Berlin, Köln, Qelzenkirxen, Münhen, Frankfurt və Ştutqart şəhərlərində keçiriləcək.