“Atalanta” baş məşqçi İvan Yuriçlə yollarını ayırıb. 


Rekord.az xəbər verir ki, 50 yaşlı xorvat mütəxəssis vəzifəsindən azad edilib.


Yeni baş məşqçi vəzifəsinə Raffaele Palladinonun təyin olunması gözlənilir.


Yuriç Can Pyero Qasperini ilə yolların ayrılmasından sonra iyun ayında “Atalanta”nın baş məşqçisi təyin olunmuşdu. Yuriçin rəhbərliyi altında komanda 15 oyuna çıxıb, bunlardan 4-ü qələbə, 8-i heç-heçə və 3-ü isə məğlubiyyətlə nəticələnib. Komanda ardıcıl 8 oyundur qələbə qazana bilmir.