Bu gün DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin 10-cu turuna start verilib.

Rekord.az xəbər verir ki, lider Braziliya yığması bu turda Venesualı məğlub edib – 3:1.

Turnir cədvəlinin 2-ci pilləsində yer alan Argentina Paraqvayla qarşılaşıb. Bu matçda hesab açılmayıb.

Turun son matçında Peru və Çili milli komandaları üz-üzə gəliblər. Görüş Perunun 2:0 hesablı qələbəsiylə başa çatıb.

DÇ-2022-nin seçmə mərhələsi
10-cu tur

8 oktyabr

Paraqvay – Argentina 0:0

Uruqvay – Kolumbiya 0:0

Venesuela – Braziliya 1:3
Qol: Erik Ramires, 11 – Markinyos, 71. Qabriel Barbosa, 85-pen. Antoni, 90+5.

Ekvador – Boliviya 3:0
Qol: Mikael Estrada, 14. Enner Valensiya, 17; 19.

Peru – Çili 2:0
Qol: Kristian Kueva, 35. Serxio Penya, 64.