“Araz-Naxçıvan”ın futbolçusu Moldova millisində
- 10 Noy 2025 23:20
- 36
"Araz-Naxçıvan"ın futbolçusu Kristian Avram Moldova millisinə dəvət alıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Avram DÇ-2026-nin seçmə mərhələsi çərçivəsində noyabrın 13-də Kişinyovda İtaliya, 3 gün sonra – noyabrın 16-da səfərdə İsrail yığması ilə keçiriləcək matçlarda iştirak edəcək.