
"Araz Naxçıvan" qış hazırlığını Türkiyədə keçə bilər
- 10 Dek 2022 18:00
- 472
I Divizionun lideri olan "Araz Naxçıvan" qış hazırlığını Türkiyədə keçə bilər.
Lakin Rekord.az xəbər verir ki, hər şey klubun maddu durumundan və sponsorun ayıracağı büdcədən asılı olacaq.
Son zamanla bu cəhətdən müəyyən çətinliklə yaşansa da deyəsən işlər yoluna qoyulmaqdadır. Bununla belə, Türkiyə məsələsinə dekabrın sonunda aydınlıq gələcək. Nəzərə alaq ki, quru sərhədlərin bağlı olması və səyahətlərin yalnız hava ilə həyata keçirilməsi də xərcləri bir neçə dəfə artırır.