“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
- 15:20
- 34
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda 2-ci Liqanın 8-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Ağdaş” – “Xankəndi” oyununun fasiləsində “Ağdaş” komandasının baş məşqçisi Ruslan Hüseynov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanıb, “Ağdaş” komandası 1000 manat cərimə edilib.
“Kür-Araz” – “Sheki City” oyununda “Kür-Araz” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Kür-Araz” komandası 70 manat cərimə edilib.
“Göygöl” – “Qaradağ Lökbatan” oyunu Təcili Tibbi Yardım avtomobilinin olmaması səbəbindən gec başladığı üçün “Göygöl” komandası 200 manat cərimə edilib.
“Göygöl” – “Qaradağ Lökbatan” oyununda topdaşıyan və xərəkdaşıyanlar olmadığına görə “Göygöl” komandası 200 manat cərimə edilib.