AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
- 14:00
- 29
AFFA-nın Hüquq şöbəsinin rəhbəri və UEFA-nın Hüquq Komitəsinin üzvü Günay Zamanlı qitə futbol qurumunun İsveçrənin Nyon şəhərində yerləşən baş qərargahında keçirilən Hüquq Komitəsinin növbəti iclasında iştirak edib.
Rekord.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda UEFA-nın müvafiq normativ hüquqi sənədlərinə təklif edilən dəyişikliklər nəzərdən keçirilib, Avropa Ədalət Məhkəməsinin son qərarları və davam edən hüquqi proseslərin gedişatı müzakirə edilib.
Bununla yanaşı, İdman Arbitraj Məhkəməsinin (CAS) icraatında olan işlər üzrə yeniliklər, Hüquq Komitəsinin əvvəlki iclasından irəli gələn fəaliyyət planının icra vəziyyəti və digər təşkilati məsələlər gündəliyə daxil olunub.
İclas zamanı Avropa futbolunun hüquqi mühitində müşahidə olunan dəyişikliklər, tətbiq perspektivləri və mövcud tendensiyalar üzrə geniş müzakirələr aparılıb.