AFFA rəsmisi "Bayern" - "Arsenal" matçına təyinat aldı
- 12:30
- 32
AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva UEFA-dan təyinat alıb.
Rekord.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, o, qadınlar arasında UEFA Çempionlar Liqasının Liqa mərhələsinin "Bayern" (Almaniya) – "Arsenal" (İngiltərə) oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma noyabrın 12-də Münhen şəhərində yerləşən "Alyans Arena"da baş tutacaq.