“Sumqayıt” – “Neftçi” qarşılaşmasında diqqətdən yayınmayan məqamlardan biri veteran futbolçu Əsgər Abdullayevin AFFA-nın Məşqçilər Komitəsinin üzvləri ilə birlikdə matşı izləməsi idi.

Rekord.az xəbər verir ki, təcrübəli mütəxəssisin qurumda işə başlaması ilə bağlı xəbər olmadığından məlumat almaq üçün özü ilə əlaqə saxlamaq istədik.

Cəhdimiz alınmadığından, AFFA-nın vitse-prezidenti və Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqova müraciət etdik. Onun məsələ ilə bağlı açıqlaması belə oldu:
 

“Bəli, gördükləriniz doğrudu. Əsgər Abdullayev oktyabrın 1-dən Məşqçilər Komitəsinin üzvlərindən biridi. Hesab edirəm ki, belə mütəxəssisin təcrübəsi bizim üçün fayadalı olacaq. Abdullayevin çox böyük futbol təcrübəsi var. Bu hamıya bəllidi. Onun aramızda yer almasının yaxşı nəticələrinin olacağına inanıram. Uğurlar arzulayıram. Əsgər Abdullayevin Məşqçilər Komitəsinə qoşulması ilə bağlı niyə heç bir məlumat yoxdu? Mən də Əsgər müəllimə deyirəm ki, “2 həftədi bizimlə işləyirsən, nə yaxşı bununla bağlı heç bir xəbər yayılmayıb? Yoxsa artıq bizimlə maraqlanmırlar?” ("Futbol plus")