"İkinci dəfə bu mükafatı qazanmaq xoşdur".

Rekord.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın legioneri Abdullah Zubir deyib.

Azərbaycanda ilin ən yaxşı əcnəbi oyunçusu seçilən 30 yaşlı yarımmüdafiəçi bildirib ki, bunun üçün xeyli əziyyət çəkib:

"Bu, tək mənim yox, bütün komandanın uğurudur.

Başda klub prezidenti, baş məşqçi olmaqla, sabiq kapitanımız Rəşad Sadıqovu da qeyd etmək istərdim.

Bu kluba gələndə o mənim kapitanım olub. Həmin vaxt məni heç kim tanımırdı".