“Zirə” futbol klubunun prezidenti Taleh Nəsibov hazırda Antalyada təlim-məşq toplanışında olan komandanı ziyarət edib.

Rekord.az xəbər verir ki, futbolçu və məşqçi heyəti ilə görüşən Taleh Nəsibov onlara inandığını, gələcək oyunlarda uğurlar arzuladığını bildirib və “Zirə” PFK-nın Müşahidə Şurasının sədri Orxan Məmmədovun salamını çatdırıb.

O, daha sonra komandanın bugünkü məşqini izləyib.