Premyer-liqanın iddialılarından olan “Zirə” qış fasiləsində heyətini gücləndirməyi planlaşdırır.



Rekord.az xəbər verir ki, "Football-plus.az” saytına “qartallar”la bağlı məlumat daxil olub.

 

Belə ki, qəsəbə təmsilçisinə niderlandlı hücumçu təklif olunub.

Söhbət “Den Haaq”ın forvardı Tomas Verheydtdən gedir. Hücumun sivri ucunda çıxış edən futbolçunun 29 yaşı var. O, bu mövsüm komandasının heyətində 19 qarşılaşmada 16 qol vurub, 4 assist edib. 192 sm boya malik niderlandlı hücumçunun transfer dəyəri “transfermarkt” platformasında 425 min avro göstərilib.

Mənbənin iddiasına görə, Tomas avrokuboklarda çıxış etmək istəyir. O, bu səbəbdən İranın “Persepolis” klubunun təklifindən imtina edib. “Zirə”nin bu mövsüm avrokuboklara vəsiqə qazanmaq ehtimalının yüksək olduğunu nəzərə alıb, Azərbaycan premyer-liqasında oynamağı müsbət qarşılayıb.
Məsələ ilə bağlı klubun rəsmi mövqeyini öyrəndik. “Zirə”nin mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadədən Tomas Verheydtin onlara təklif olunub-olunmadığını soruşduq:
 

“Bu haqda ilk dəfə sizdən eşidirəm. Xeyr, qeyd etdiyiniz futbolçu bizə təklif olunmayıb".