
“Zirə”nin yeni transferlərindən biri müdafiçi olacaq
- 20 Dek 2021 13:00
- 741
Qış transfer çalışmalarına başlayan klublardan biri də “Zirə”di.
Rekord.az xəbər verir ki, Rəşad Sadıqovun əsas hədəflərindən biri mütləq şəkildə bir legioner müdafiəçi almaqdı.
Bildiyiniz kimi, “Qəbələ” ilə oyunda ciddi zıdə alan Nemanya Andelkoviç əməliyyat olunub və 4 ay futbol oynamayacaq. Müəlicədən sonrakı bərpa dönəmini də nəzərə alsaq, futbolçunun yaşıl meydanşaya dönüşü aprel-may ayına gedib çıxacaq. Həmin dönəmə kimi isə “Zirə”nin çox vacib oyunları olacaq və müdafiədə ciddi boşluq saxlamaq olmaz.