
“Zirə”nin rəqibi futbolçusunu icarəyə verdi
- 30 İyn 2022 20:31
- 417
“Zirə”nin Avropa Konfrans Liqasındakı rəqibi “Makkabi” (Təl-Əviv) yarımmüdafiəçisi Bara Koheni icarəyə verib.
Rekord.az xəbər verir ki, 21 yaşlı futbolçu qarşıdakı mövsümü Yerusəlim “Beytar”ında keçirəcək.
Bu barədə Təl-Əviv klubunun rəsmi saytı məlumat yayıb.
Yarımmüdafiəçi ötən mövsümdə də “Hapoel” (Nof Haqalil) klubunda icarədə olub.