“Zirə”nin baş məşqçisi olduğum üçün xoşbəxtəm” - Rəşad Sadıqov
- 20:40
- 35
“Zirə” bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Turan Tovuz”la qarşılaşıb.
Rekord.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən matçdan sonra “qartallar”ın baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı olub.
Sadıqov 2:0 hesabı ilə qalib gəldikləri oyunu belə şərh edib:
“Kubokun ilk oyunları hər zaman çətin olur. İlk hissədə də bunun şahidi olduq. Rəqib standart vəziyyətlərdən yararlanamağa çalışırdı. Çox vacib qələbə qazandıq.
“Zirə”də çox xoşbəxtəm. Rəhbərliyə də təşəkkür edirəm, mənə etimad göstərdiklərinə görə. Təbii olaraq, hər kəs istəyər daha böyük büdcə, daha keyfiyyətli komanda. Amma bu, hər şey demək deyil. Bu gün sevinirəm və xoşbəxtəm ki, bu komandanın baş məşqçisiyəm. Rəhbərliyə bir daha təşəkkür edirəm, mənə şans yaratdıqlarına görə.
İnanın, ancaq fikirləşirəm ki, “Turan Tovuz”un qarşısını ikinci oyunda necə alacağıq. Qətiyyən titul barədə düşünmürəm”.