“Zirə”dən ayrılan Andriya Lukoviçin yeni klubu müəyyənləşib.

Rekord.az xəbər verir ki, serbiyalı yarımmüdafiəçi karyerasını ölkəsinin "Radniçki" klubunda davam etdirəcək.

Bu barədə klubun saytı məlumat yayıb. İlk açıqlamada müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Lukoviç 2022-ci ilin yayından "Zirə"də oynayırdı. Bakı təmsilçisi yanvarın 5-də onunla müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv etmişdi.