"Zirə"dən ayrılan futbolçu "Qəbələ" ilə danışıq aparır
- 13:00
- 49
"Zirə"dən ayrılan Ceyhun Nuriyev karyerasını "Qəbələ"də davam etdirə bilər.
Rekord.az-a daxil olan məlumata görə, bölgə klubu futbolçuya təklif göndərib və tərəflər arasında ilkin danışıq olub.
Ceyhun "Qəbələ"də oynamağın əlehinə deyil. Sadəcə, maddi şərtlərdə razılığa gəlmək lazımdı.