Minifutbol üzrə Azərbaycan çempionatında 11-ci turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, favoritlər növbəti qələbələrini qazanıblar.

Lider “Zirə” ardıcıl 11-ci qalibiyyətini əldə edərək, xallarının sayını 33-ə çatdırıb. Son çempion “Birbaşa Bakı” Azərbaycan millisinin sabiq futbolçularından qurulan “İnter”dən güclü olub. İkinci sıradakı “Birbaşa Bakı”nın hesabında 27 xal var.

“Abşeron”u minimal fərqlə üstələyən “Odlar Yurdu” isə 24 xalla üçüncü yerdədir.

“Atəşgah Suraxanı” – “Turan” 2:6
“İnter” – “Birbaşa Bakı” 2:4
“Zirə” – “Aznur” 5:2
“Real Bakı” – “Sumqayıt” 4:3
“Siyəzən” – “Veteran” 4:6
“Dinamo Gəncə” – “Galaxy Baku” 0:2
“Baku Fire” – “Dirçəliş” 4:3
“Odlar Yurdu” – “Abşeron” 2:1