"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, paytaxt klubu Rüstəm Əhmədzadə ilə müqavilə bağlayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hücumçu növbəti mövsümün sonunadək "Qarabağ"dan icarəyə götürülüb.

Azərbaycan milli komandasının da üzvü olan 21 yaşlı futbolçu daha öncə Ukraynanın "Minay" klubunda çıxış edib.