
“Zirə” Volkova yeni müqavilə təklif edəcək ÖZƏL!
- 23 Noy 2021 12:00
- 632
Zədədən dönəndən sonra qısa zamanda formasını bərpa edən və Premyer Liqanın bombadirinə çevirilən David Volkovun “Zirə”dəki gələcək taleyi naməlumdur.
Rekord.az xəbər verir ki. Gürcüstan millisinə də dəvət alan, orda da qol hesabını açan futbolçuya digər klublardan yaxşı təkliflər var.
Bunun Volkovun şəxsi meneceri də açıqlayıb. Əldə etdiyimiz məlumata görə, “Zirə” qış transfer dönəmində gürcü futbolçuya yeni müqavilə təklif edəcək. Futbolçunun cavabının necə olacağı isə maraq doğurur.
Qeyd edək ki, Volkovun “Zirə” ilə müqaviləsi mövsümün sonunda başa çatır.