
“Zirə” toplanışa start verdi
- 02 Yan 2022 20:34
- 595
“Zirə”də istirahət başa çatıb. Rekord.az xəbər verir ki, Rəşad Sadıqovun çalışdırdığı kollektiv bu gün qış təlim-məşq toplanışına start verib.
Komanda yanvarın 5-də Türkiyənin Antalya şəhərinə yola düşəcək. "Qartallar" burada “İC Green Palace” otelində məskunlaşacaq. “Zirə” qonşu ölkədə 3 yoxlama oyunu keçirməyi planlaşdırıb.
“Zirə” yanvarın 13-də Macarıstanın “Peç”, 20-də Polşanın “Qurnik”(Leçna), 24-də isə Şimali Makedoniyanın “Breqalniça” klubları ilə qarşılaşacaq. "Zirə” yanvarın 25-də Bakıya dönəcək.