PSJ-nin sahibi Təmim bin Həməd Əl-Taninin qardaşı Xəlifə bin Həməd Əl-Tani  Zinəddin Zidanın Paris təmsilçisinə mümkün təyinatından danışıb.

Rekord.az xəbər verir ki, o, "Tvitter" hesabından klubun artıq fransalı mütəxəssislə müqavilə ilə bağlı razılığa gəldiyini yazıb: "Müqavilə razılaşdırılıb. Bu yaxınlarda rəsmi şəkildə elan olunacaq. Xoş gəldiniz, Zidan".

Qeyd edək ki, Zidanın "Mançester Yunayted"ə getmək ehtimalı olan Maurisio Poçettinonu əvəzləyəcəyi bildirilir.