
Zidanın adı indi də Fransa millisi ilə çəkilir
- 02 Dek 2021 14:45
- 422
Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qre Zinəddin Zidanın xidmətində maraqlı olduqlarını bildirib.
Rekord.az xəbər verir ki, Noel Fransa yığmasının hazırkı baş məşqçisi Didye Deşamın DÇ-2022-dən sonra da postunda qala biləcəyini deyib.
Amma vurğulayıb ki, əgər Deşam qalmaq istəməsə, onda yığmanı çalışdırmağa namizədlər arasında Zidan ilk sırada olacaq:
“Gözləyək, görək, Deşam nə deyəcək - qalacaq, yoxsa gedəcək?Açıq deyirəm, onun getmə ehtimalı haqda fikirləşəndə, ağlıma gələn ilk ad Zidan olur.
Təbii, həmin vaxt Zidan işsiz olarsa, yığmaya əsas namizəd sayılacaq”.
Deşamın müqaviləsi DÇ-2022-in sonuna qədər nəzərdə tutulub.