
Zidan: "50 komandada işləyə bilmərəm"
- 24 İyn 2022 10:20
- 431
Zinəddin Zidan nə vaxtsa PSJ-nin baş məşqçisi olacağı haqda iddialara münasibət bildirib.
Rekord.az xəbər verir ki, 49 yaşlı mütəxəssis bununla bağlı bildirib:
“Heç vaxt “heç vaxt” demə. Baş məşqçi kimi mən 50 komandada işləyə bilmərəm. Sənin cəmi 2-3 klub arasında seçim imkanın olur”.
Zidan 2021-ci ilin yayından, “Real”ı tərk etdikdən sonra klubsuzdur.