
Zərdabda Heydər Əliyevin 100 illik yubileyi şərəfinə futbol turniri
- 27 Apr 2023 14:14
- 359
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən mini futbol üzrə rayon çempionatına start verilib.
Rekord.az xəbər verir ki, çempionatın ilk günündə Alıcanlı - İsaqbağı, Hüseynxanlı - Gödəkqobu komandaları qarşılaşdı.
Birinci oyundan Alıcanlı komandası 1:0, ikinci oyundan isə Gödəkqobu komandası 3:2 hesabı ilə qalib ayrıldı.