"Qalatasaray"ın futbolçusu Markao Rusiyaya yollana bilər.

Rekord.az xəbər verir ki, "Zenit" braziliyalı futbolçunu istəyir.

Sankt-Peterburq klubu "Qalatasaray"a 15 milyon avro təklif edib.

Ötən mövsüm Superliqada 26 oyun keçirmiş Markao özü də Rusiyaya yollanmağa hazır olduğunu menecerinə söyləyib.