"Neftçi"nin futbolçusu Mateus Saldanya "Zenit"ə keçmək istəməsi barədə Rusiya mətbuatında çıxan müsahibəsi ilə bağlı klubun rəsmi telekenalına açıqlama verib.

Rekord.az xəbər verir ki, braziliyalı hücumçu sözlərinin düzgün anlaşılmadığını bildirib: 

"Fikirlərim təhrif olunub. Məndən "Zenit" barədə soruşdular, bildirdim ki, bu cür böyük klubda çıxış etmək hər bir futbolçunun arzusu olar. Dedim ki, hətta içi mən qarışıq, təklif gəlsə, orada oynamaq istəyərəm. Amma vurğuladım ki, "Neftçi" ilə müqaviləm var, hər şey bu klubdan asılıdır. Sadəcə, ortada anlaşmazlıq olub".

Təlim-məşq toplanışını da dəyərləndirən 24 yaşlı forvard hazırlıq prosesindən maksimum yararlanmağa çalışdıqlarını söyləyib: "İstədiyimiz formanı bərpa etməliyik ki, ilk rəsmi oyunda qələbə qazanıb, mərhələ adlayaq".