“Zəngəzur” minifutbol komandası Bolqarıstanda təşkil edilən Avropa Kubokunda növbəti oyununu keçirib.

Rekord.az xəbər verir ki, Azərbaycan təmsilçisi yer aldığı A qrupunda üçüncü matçına çıxıb.

Rəqib Çexiya “Veşka Olomuç”u olub. Qarşılaşmada hesabı çexiyalılar açsalar da, Azərbaycan komandası bərabərlik qolunu vura bilib. Nəticədə oyun 1:1 hesabı ilə yekunlaşıb.

Beləliklə, qrup mərhələsini 2-ci pillədə başa vuran "Zəngəzur" pley-offa vəsiqə qazanıb. Təmsilçimiz orada digər qrupda birinci yeri tutacaq komanda ilə qarşılaşacaq.

“Zəngəzur” qrupun ilk iki turunda Bolqarıstan təmsilçisi “Qalaktiko Vratsa”ya 2:0 hesabı ilə qalib gəlib, Yunanıstan klubu TMT ilə 3:3 hesablı heç-heçə edib.