
Zaur Əzizovu "Neftçi"yə kim gətirib?
- 25 Dek 2021 11:00
- 1356
Xəbər verdiyimiz kimi, Zaur Əzizov "Neftçi"nin yeni idman direktoru təyin olunub.
Rekord.az xəbər verir ki, təqdimat zamanı klubun prezidenti Kamran Quliyev də iştirak etdi və Əzizovla aparılan danışıqlar haqda danışdı.
Yeni idman direktoru özü də təklifin Quliyev tərəfindən gəldiyini bildirdi. Lakin saytımıza daxil olan məlumata görə, əslində Əzizovun "Neftçi"yə gəlişində əsas təşəbbüskar klubun müşahidə şurasının üzvü Zaur Qəhrəmanovdur. Məhz onun təqdimatı və təklifi əsasında bu keçid baş tutub.