AFFA İcraiyyə Komitəsnin üzvü, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov Gəncədə jurnalistlərə açıqlama verib.

Rekord.az xəbər verir ki, o, dövlət tərəfindən futzal klublarına maliyyə yardımının ayırılması məsələsinə toxunub.

Federasiya prezidenti AFFA qarşısında bununla bağlı növbəti dəfə məsələ qaldıracağını bildirdi: "Bildiyiniz kimi, ötən iclasda mən bu məsələni qaldırsam da müsbət cavab gəlmədi və məsələ açıq qaldı. Lakin İcraiyyə Komitəsinin növbəti iclasında yenidən bu məsələni qaldıracağam. Çünki bu gün futzal klublarının da belə birv dəstəyə ehtiyacı var və bu dəstək olarsa, futzalımız daha da çox inkişaf edə biləcək".