Növbəti mövsüm Premyer Liqada komanda sayının artırılması müzakirə olunur.

Rekord.az xəbər verir ki, bu öz təsdiqini taparsa, gələcək komandaların bölgə komandaları olacağı gözlənilir.

Namizədlər arasında əsas sırada "Şamaxı" gedir. "İmişli" və "Karvan"ın da adı gündəmdəi. Son dönəmlər isə "Zaqatala" da bu siyahıya əlavə olunub. Sözügedən komandaya yeni sponsorun cəlb olunması da əbəs deyil. Lakin bir məsələ var ki, Zaqatalanın ev oyuunlarını keçirdiyi stadionun qazonu təcili dəyişdirilməlidir Komanda elitaya buraxılsa belə, qazon dəyişməsə, komanda ev oyunlarını doğma meydançada keçirə bilməyəcək.