
"Zaqatala" qərarını dəyişdi, Premyer Liqa üçün sənəd toplamağa başladı
- 11 Yan 2023 13:00
- 603
Bir müddət bundan əvvəl Premyer Liqada iştirak üçün AFFA-ya sənəd verməkdən imtina edən "Zaqatala" qərarını dəyişib.
Rekord.az xəbər verir ki, bölgə təmsilçisi lisenziyalaşdırma şərtlərinin tələb etdiyi sənədləri toplamağa başlayıb.
Ola bilsin, AFFA-dan hansısa vəd verilib. Yaxud ola bilsin, hansısa sponsorla bağlı ümid işığı var. Hər halda, yaxın zamanlarda hər şeyə aydınlıq gələcək.