Albaniya çempionatında 30-cu turun oyunları keçirilir.


Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” öz meydanında “Bylis”lə qarşılaşıb.


Matç həmyerlimizin komandasının qələbəsi ilə başa çatıb - 3:0. Hər üç qolu Daniel Adjessa vurub.


Əliyev də bu matçın iştirakçısı olub. Meydana start heyətində çıxan həmyerlimiz 79-cu dəqiqədə əvəzlənib. Bundan 7 dəqiqə əvvəl isə azərbaycanlı futbolçu sarı vərəqə alıb.


“Eqnatiya” hazırda 54 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb.