
Zambiya millisinin sabiq hücumçusunu öz itləri dişləyib öldürdü
- 17 Yan 2023 11:30
- 403
Zambiya millisinin sabiq hücumçusu Filemon Mulala faciəvi şəkildə dünyasını dəyişib.
Rekord.az xəbər verir ki, hadisə yanvarın 7-də baş verib.
Sabiq futbolçunu üç iti dişləyib. Bağda bir müddət hərəkətsiz vəziyyətdə qalan Mulalanın meyidini həyat yoldaşı tapıb.
Hadisədən sonra ev itləri Heyvanlara qarşı Qəddarlığın Qarşısının Alınması Cəmiyyəti tərəfindən ələ keçirilib.
Filemon Mulala Zambiya millisində altı oyun keçirib və üç qol vurub.