“Yuventus”un futbolçusu Corco Kyellini sıradan çıxıb.

Rekord.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə, 37 yaşlı müdafiəçinin bir müddət yaşıl meydanlardan uzaq qalacağı bildirilib.